Payız girir, soyuq gəlir,
Halətimdən duyuq gəlir.
Deyən sənə yavuq gəlir.
Harda gizlədim əcəli.
Gəlişini duyarammı?
Qollarında uyarammı?
Incitməyə qıyarammı,
Sevgi tək gözəl dəcəli.
Yoldaş oldum yağışına,
Daş-qaş oldum naxışına,
Sirdaş oldum baxışına,
Səni tapmadım acalı.
Neynəyər ki mum gülü şəm,
Dodaqda donmuş gülüşəm.
Istərəm sənlə görüşəm,
Ayrılıq verməz macalı.
Dönübdür quldur-qaçağa,
Vüsala qoyub qadağa.
Hicranı verib qabağa,
Həsrət yenə də öc alı.
18.06.2019
Sevinc Arzulu
Kayıt Tarihi : 6.7.2019 16:58:00
Şiiri Değerlendir
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!