Ümidim tək sənə tuş olub, dostum,
Könlünün qanıyla nuş olub, dostum,.
Xəyalın kiçicik quş olub, dostum,
Döyər otağımın pəncərəsini.
Bəzən bir namərdə şikar, ov sevgi,
Göz yaşı axıdar bəyaz nov, sevgi.
Qonağım olubdur dəlisov sevgi,
Mən necə oxuyum şəcərəsini.
Bir zaman qurduğun ev də çökəsi,
Buludlar üstünə yağış tökəsi.
Dərd ilə yoğrulub hər bir tikəsi,
Kim yeyə bilər ki qəm çərəzini.
Daha alışamaz vüsalın közü,
Dillərdə gəzməz ki söhbəti-sözü.
Yaman dona girdi hicranın özü,
Bir kimsə sezmədi heç qərəzini.
Yel kimi ötəndə həsrət mələyi,
Yerə möhkəm dəydi vəslin kürəyi.
Elə bərkdən əsdi həsrət küləyi,
Dəyişdi dünyamın mənzərəsini.
Kayıt Tarihi : 6.1.2023 16:07:00
Şiiri Değerlendir
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!