Fərəh qəmi ürküdəcək,
Dərd gölündə üzdürəcək.
Bir an keçsə püskürəcək,
Içimdə vulkan oyanır.
Sevgilisi deyil köhnə
Vüsal gedir yenə göynən,
Gözlərimdə yer nə, göy nə
Al rəngə yaman boyanır.
Çiçək ol, yad eldə bitmə,
Zərrə ol, gözümdən itmə.
Bu sevda yoluynan getmə,
Sonunda həsrət dayanır.
Kayıt Tarihi : 9.10.2018 15:05:00
Şiiri Değerlendir
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!