Heraretimiz Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Heraretimiz

Biz Ana torpağıq, biz Ata göyük.
Elə bu qədərmiş dəyanətimiz.
Billəm,günahımız böyükdən böyük,
Təkcə sevmək olub qəbahətimiz.

Gözümə masmavi su tək göründü,
Damlalar işığa, nura büründü.
Kim deyir eləcə yerdə süründü,
Göylərə qalxmadı məhəbbətimiz?.

Sevginin adını uca andıq ki,
Onu özümüzə həmdəm sandıq ki.
Oduna düşüb də elə yandıq ki,
Günəşi isitdi hərarətimiz.

Sevinc Arzulu
Kayıt Tarihi : 8.4.2020 09:39:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu