Yad sözünə aldanıb uyuq olma,
Daşan seldə özgəyə qayıq olma.
Eh, əzizim, bu qədər soyuq olma,
Ürəyimi yaman dələr, gözlərəm.
Ayrılıqdan vüsal payı ummuram,
Susasam da dağ çayına cummuram.
Neçə gündür gözlərimi yummuram,
Bəlkə səndən xəbər gələ,gözlərəm.
Zülm çəkib xara xeyir eyləmə,
Quru bağın gəzib seyr eyləmə.
Aman, oğlum, düşmənə meyl eyləmə,
Gəncliyin keçməyib hələ, gözlərəm.
05.01.2019
Kayıt Tarihi : 7.1.2019 14:01:00
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
![Sevinc Arzulu](https://www.antoloji.com/i/siir/2019/01/07/helegolerem.jpg)
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!