Hediyye Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Hediyye

Sən mənim ləpəli, sakit dənizim,
Qumuna həkk olub gör neçə izim.
Sevgi-məhəbbətim, mənim əzizim,
Könlünün əbədi sirdaşı olsun.

Məhəbbət insanı dəli edər də,
Uğrunda aşiqlər qurban gedər də.
Səni qoruyaram qəmdən, kədərdən,
Qıymaram gözündə göz yaşı olsun.

Baxmaram dumana, baxmaram çənə,
Sənin görüşünə gələrəm yenə.
Ayı da hədiyyə verirəm sənə,
Nişan üzüyünün ağ qaşı olsu

Sevinc Arzulu
Kayıt Tarihi : 8.6.2020 09:34:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu