Toxunmaz ki gəbələrin,
Yol getməz ki dəvələrin.
Artıq böyük nəvələrin,
Nəticələr dəcəl, xalam.
Həcər xalam.
Gözəliydin, göyçəyiydin.
Ətir saçan çiçəyiydin,
Bir elin ağbirçəyiydin,
Heyf, apardı əcəl, xalam.
Həcər xalam.
Dünya, sözün ötkün oldu,
Göyərən tək bitkin oldu.
Bu il yaman itkin oldu,
Fələk vermir macal, xalam.
Həcər xalam.
Yaman ağlar qoşa oğlun,
Biri şəkər, biri noğlun.
Kəsilməmiş qaldı toğlun.
Səmalara ucal, xalam.
Həcər xalam.
Qızlar ana –bacın idi,
Hər biri baş tacın idi.
Səngidimi acın indi,
Əbədi yat, dincəl xalam.
Həcər xalam.
Meh oxşardı tellərini,
Tənha qoydun ellərini.
Qayıt, yenə güllərini.
Özün əkib-becər, xalam.
Həcər xalam.
Düşmən zalım azar oldu,
Sənə qəbir qazar oldu.
Son mənzilin məzar oldu,
Hər bir insan köçər, xalam.
Həcər xalam.
Qəm əlində azan Sevinc,
Aşıq Sevinc, ozan sevinc.
Sənə şeir yazan Sevinc,
Göz yaşını içər, xalam.
Həcər xalam.
Yazılmamış böyük qüdrət,
Gələn bir gün gedər əlbət.
Allah eyləsin min rəhmət,
Mələklər dost seçər, xalam.
Həcər xalam.
Kayıt Tarihi : 3.5.2021 14:36:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!