Əldən sevincimi alar,
Qiymətli incimi alar.
Gündüzlər dincini alar,
Gecə gedər karvanın.
Uzanı qalıb yollarım,
Tozlanıbdır gül kollarım.
Bu əyri-üyrü yolları,
Necə gedər karvanın.
Iblisdir mələk donunda,
Görürəm qara fonunda.
Işıq yanmaz ki sonunda,
Becə gedər karvanın.
.
Dünya yaman əldən salıb,
Silahını gizlin çalıb.
Yaman xəyallara dalıb,
Öcə gedər karvanın.
Qum üstə canamaz sərib,
Namaz qılar neçə qərib.
Pisliklərə qalib gəlib,
Həcə gedər karvanın.
Kayıt Tarihi : 15.1.2022 11:11:00
Şiiri Değerlendir
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!