Sis-dumanın cəm axışı,
Sevdalımın nəm baxışı.
Yaman yağdı qəmyağışı,
Islanmış cücə kimiyəm.
Görən hanı sarışın qız,
Darıxmırmı tənha, yalqız?
Göz yaşlarım parlaq ulduz,
Qaranlıq gecə kimiyəm.
Ayırdılar teli dəndən,
Ayırdılar sisi çəndən.
Ayırdılar səni məndən,
Mənasız heca kimiyəm.
Kayıt Tarihi : 8.9.2019 16:30:00
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
![Sevinc Arzulu](https://www.antoloji.com/i/siir/2019/09/08/heca.jpg)
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!