Heca kimisen Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Heca kimisen

Deyirəm, həsrətlin kaş görə səni,
Güllərin içində cüt hörə səni.
Yığa da bilmirəm bir yerə səni,
Min yerə bölünmüş heca kimisən.

Sonadək gedərmi bu azar, illət,
Çoxmu itirəcək görən bu millət.
Çəkilməz olubdur qaranlıq, zülmət
Səhəri açılmaz gecə kimisən.

Damarda qaynayır qan, gedirəm mən,
Əriyir kədərdən can.Gedirəm mən.
Üzbəüz gəlsək də yan gedirəm mən,
Görürsən, sormuram necə kimisən

Sevinc Arzulu
Kayıt Tarihi : 23.12.2020 06:31:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.
  • Ömer Duru
    Ömer Duru

    Tebrikler

    Cevap Yaz

TÜM YORUMLAR (1)

Sevinc Arzulu