Bəzən baş açmıram özüm-özümdən,
Qəfil bulaq axar ala gözümdən.
Heç kəs söz açmasın səbr, dözümdən,
Mən səni unuda bilmərəm heç vaxt.
Gör neçə il keçib o son görüşdən,
Saçlarım fərqlənməz indi gümüşdən.
Çox uzaq düşmüşəm şirin gülüşdən,
Mən səni unuda bilmərəm heç vaxt.
Tikanla doludur sevda yolları,
Qapqara açılar çiçək kolları.
Dibindən kəsilib sanki qollarım,
Mən səni unuda bilmərəm heç vaxt.
Şeirlər Allahın ruzisi, gülüm.
Ürəyim eşqinin qazisi, gülüm.
Bu tale alnımın yazısı, gülüm,
Mən səni unuda bilmərəm heç vaxt.
Yuxuda gördüyüm butam oldun sən,
Özgəyə verilən ətam oldun sən.
Sevmək günahdırsa, xətam oldun sən.
Mən səni unuda bilmərəm heç vaxt.
Kayıt Tarihi : 29.6.2018 09:57:00
Şiiri Değerlendir
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!