Dincliyimin qolları qırıldı,
Ümidimin gözləri yaşardı,
İnamım kor yolçu kimi
Əlləri uzalı qaldı.
Arzularım vay-şivən qopardı,
Nakam sevginin hönkürtüləri
Bayquşun nəğməsinə qoşuldu.
Pərən-pərən düşdü göz yaşlarım,düzüldü ömür yollarına
Hayladı, çağırdı kimsə gəlmədi karına.
Küsdü buludda gizlənən günəşdən.
Yol aldı dərd-sər ilə Zümrüdlər oylağına,
Daha param-parça oldu
Ömrün Küskün simfoniyası.
Bəstəsi yarımçıq,musiqiçi kar şeir söyləyən lal.
Bumu ömrün solan güllərinin ilk akkordları,
Yoxsa,notların fəryadı yetişmədi Tanrıya.
Üz döndərdi,döndü buludların yuvasına,
Oxumadı,oynamadı Həyat simfoniyasına.
Türkiyə Bolu.
04.06.2023.
Kayıt Tarihi : 19.6.2023 20:26:00
Şiiri Değerlendir
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!