Hasan Emi Şiiri - İlham Qahraman

İlham Qahraman
10

ŞİİR


0

TAKİPÇİ

Hasan Emi

Xanım-xatın arvadın
öldü, Hə sə n ə mi.
Cibində də rman nüsxə lə ri,
Evində bir qutu də rman
qaldı, Hə sə n ə mi.
Hirsinə , hikkə nə
kim ütü çə kə cə k,
işdə n dönə ndə
ə linə kim su tökə cə k?
Toylarda 'Sarıköynə k'
havasını çaldırardın,
arvadınla qol qaldırardın.
Kə ndin toylarından
o hava getdi,
O gözə l günlə rin
hara getdi?
Dünyaya etibar nə gə zir?
Elə bilirdin sağaldacaq onu
qapının başına qoyduğun nə zir.
Hə kimlə rə xə lə tin qalıb,
Hə mişə ki deyilsə n,
indi qaraltın qalıb.
Bu nə də rddi - tapdı sə ni,
Taladı, çapdı sə ni.
Canını dişinə yığmısan,
Üzünə demə k olmasın,
yaman sınıxmısan!
…Canını dişinə yığmısan,
Canın niyə acıxıbdı, Hə sə n ə mi? !
Sə hə rdə n oturmusan bu daşın üstə
dur get evə ,
Ay çıxıbdı, Hə sə n ə mi…

Mart, 1997

İlham Qahraman
Kayıt Tarihi : 16.5.2011 09:36:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

İlham Qahraman