Hardasan qezeli Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Hardasan qezeli

Gecə-gündüz alışıb sönməyir ki dərdli sinəm,
Qapqara rəngdədir bax bir vaxt bəyaz olan binəm.
Qəlb simi qan ağlarkən mən hecə şadlıqla dinəm,
Eniş-yoxuş yolları zülm ilə yoran,hardasan.

Göydə cövlan eyləyən ruhun yolu düşdü yerə,
Ovçu vurmuş qartalın qanad- qolu düşdü yerə.
Niyə birdən-birə qar yağdı,dolu düşdü yerə.
Bürüdü boz səhranı tufanla boran,hardasan.

Bilmədik həsrət,ölüm ömrümüzə necə gəldi,
Könüldə yuva salan lal duyğular vecə gəldi.
Günəşli gündüzüm yox,bir buludlu gecə gəldi,
Aldı gözüm önünn qaranlıq,toran hardasan.

Nə bileydim sevdiyim başqasına yar olacaq,
Tək –tək ağarmış dənim tellərimdə qar olacaq.
Səni əlimdən alan el içində xar olacaq,
Məni gözü görməyib özgədən soran,hardasan.

Al gülün harayına zalım bülbül yetişməyir,
Göz yaşımla sulanan sarı sünbül yetişməyir.
Nə bir çiçək bitməyir,nə də ki gül yetişməyir,
Gözəl baği-baxçamı etmisən şoran,hardasan.

Sevinc Arzulu
Kayıt Tarihi : 15.9.2018 09:13:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu