Astarı üzündən baha,
Yalanı düzündən baha,
Kədəri özündən baha,
Sevincim, hardasan, gəl.
Qaynar məhəbbəti tox,
Eşqə sədaqəti çox.
Qızılın qiyməti yox,
Dürr-incim, hardasan, gəl.
Vüsal hicran köçündə,
Ayrılığın heçində.
Sadiq dostlar içində,
Birincim.Hardasan gəl.
Kayıt Tarihi : 10.1.2021 09:12:00
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
![Sevinc Arzulu](https://www.antoloji.com/i/siir/2021/01/10/hardasan-gel.jpg)
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!