Hardasan ağ atlı oğlan Şiiri - Sevinc Ar ...

Sevinc Arzulu
3727

ŞİİR


28

TAKİPÇİ

Hardasan ağ atlı oğlan

Hardasan ağ atlı oğlan,
Illər boyu səni gəzdim,tapammadım.
Sanırdım ki təkcə mənimçün doğulan,
Yanınca at çapammadım.
Nə sən gəldin,nə göründü bəyaz atın,
Nə gəlibən ürəyimə vurulan qəm yarasını
sən sağaltdın.
Bu yollarda mən bitdim də,tükəndim də
Gələcəyin o yollarda neçə koma tikəndim də....
Sən gəlmədin,
Mən ölmədim.
Ağ atının yerişi çox yorğa oldu,
Arada qan-qada oldu,qovğa oldu.
Sən gecikdin düz on beş il,
Bilirdik ki,o məhəbbət nə sənə,
nə də ki mənə mənsub deyil.
Tutammadıq saf sevginin əllərindən,
Yığammadıq gül-çiçəyi eşqin geniş çöllərindən.

Ay ağ atlım,eşq baratlım,
Sevgi dadlım,de,hardasan.
Borandasan ya qardasan.
Billəm,səni qaytaramaz gözlərimin yaşı geri,
Yandıracaq izlərimin yaşı yeri.
Ağ atını qara etdi bu çərx-fələk,
Başın üstün tezcə aldı ölüm-mələk.
Rastlaşsaydıq vaxtında biz,
Oturardıq xoşbəxtliyin taxtında biz.
Heç olmasa on beşcə il.
Keçib o gözəl günlərdən gör neçə il.
Ağ atlı şahzadəm mənim,
Özüm sənin hüzuruna gələcəyəm,
Mən də bir gün öləcəyəm....

Sevinc Arzulu
Kayıt Tarihi : 9.6.2018 16:04:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu