Səni mən, ay əzizim,çeşmi-xumardan tanıram.
Seyri mehmanım olan yaşıl bahardan tanıram.
Röyaya dalmış idim, qəfilcədən gəlib çıxdın,
Silirəm gözlərimi...Mən səni hardan tanıram?
Səni hardan tanıram?Gül ətirli o günlərdən,
Könlümə munis olan gül çətirli o ünlərdən.
Bir zaman qol götürüb oynayardıq düyünlərdə,
Yamyaşıl düzdə qurulmuş o mağardan tanıram.
Mən ki çoxdan vermişəm şad günümə nəmər-behi,
Gün çıxar, parıldadar gül üstündə şəbnəm, şehi.
Bir daha əsməyəcək ayrılığın isti mehi,
Könlümə duyğu verən sərin ruzgardan tanıram.
Kayıt Tarihi : 22.10.2020 06:48:00
Şiiri Değerlendir
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!