Işığım azalar, qaranlıq ollam,
Bir zaman abadkən, viranlıq ollam.
Dağlardan enərəm, bulanıq ollam,
Yatağa sığmayan çaya dönmüşəm.
Gecələr gözümün yuxu yoldaşı,
Gündüzlər zehnimin oyaq sirdaşı.
Mərmərdən olacaq mənim başdaşım,
Fərəh bəxş edərkən vaya dönmüşəm.
Bu dünya dalğalı, coşqun bir dəniz,
Ayrılıq qoyacaq ömrümüzdə iz.
Bilirəm, hərdənbir görüşürük biz,
Sən Günəş, mən isə Aya dönmüşəm.
Görəsən həsrətə eləyimmi ərk,
Tezliklə eyləsin qoy bizləri tərk.
Şəklini sinəmə sıxmışam bərk-bərk,
Oxuna qıymayan yaya dönmüşəm.
Yuxumu həmişə xeyirə yozdum,
Qaranlıq nöqtəni anında pozdum.
Bilirəm eşidər ən yaxın dostum,
Haraya dönmüşəm, haya dönmüşəm.
Kayıt Tarihi : 28.3.2022 08:01:00
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
![Sevinc Arzulu](https://www.antoloji.com/i/siir/2022/03/28/haraya-donmusum.jpg)
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!