Hara gedirsin Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3716

ŞİİR


28

TAKİPÇİ

Hara gedirsin

Mən hərdən dönürəm körpə uşağa
Tab edə bilmərəm şaxta-sazağa.
Bir zaman qoymazdın gözdən uzağa,
Əbədi itirib hara gedirsən.

Təbiət önümə al xalı sərib,
Sayıram naxışı bir-bir mən qərib.
Çiçəkli çəməndən yasəmən dərib,
Lalə tək bitirib hara gedirsən.

Bilirsən, sevmirəm mən qeylü-qalı,
Davaya-şavaya heç yoxdur halım.
Mənə qıymadığın şirin vüsalı,
Əğyara yetirib hara gedirsən.

Vəsiyyətnaməmi yazıb qalaram,
Özümə dar məzar qazıb qalaram.
Qorxmursan gen düzdə azıb qalaram
Çöllərə ötürüb hara gedirsən.

Ah,niyə bu qədər olmusan zalım,
Başına dönərək qadanı alım.
Qoymursan öldüyüm yerdəcə qalım,
Sən məni götürüb hara gedirsən?

Sevinc Arzulu
Kayıt Tarihi : 1.8.2025 06:10:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!