Haqq sözlərindən gələr,
Haqq közlərindən gələr.
Haqq gözlərindən gələr,
Damcı-damcı süzülməz?
Ağ tüldən libas geyib,
Özündə görməz eyib.
Atalar yaxşı deyib,
Haqq nazilər, üzülməz.
Həmişə gərəyində,
Duzunda, çörəyində.
Insanın ürəyində.
Haqq süfrəyə düzülməz.
Kayıt Tarihi : 6.10.2020 11:58:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!