Haqışdalar Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Haqışdalar


HAQIŞDALAR

Könlüm səndə qışlayar,
Bəzəyər, naxışlayar.
Xınaya bəzək vurar,
Nəğmələr,haqışdalar.,

Gözəllikdə tək gəlin.
Zərif kəpənək gəlin.
Bu gün sənin xınandır,
Xınan mübarək, gəlin.

Qız, dilin şirin olsun,
Ocağın, pirin olsun.
Özünü yaxşı apar,
Ucada yerin olsun.

Çəmən gəzəndi gəlin,
Çiçək əzəndi gəlin.
Qorxuram ki göz dəyə,
Yaman bəzəndi gəlin.

Yardan yarısın gəlin.
Gözəl, sarışın gəlin.
Dilindən incimişəm,
Əl ver, barışım gəlin.

Yol verin, bacı gəlir.
Dərdin əlacı gəlir.
Ata, ana əzizi,
Qardaşın tacı gəlir.

Sular arxa tökülər,
Sis dərəyəçökülər.
Mənəəyri baxma gəl.
Bağrım başı sökülər.

Duası-sənasıvar,
Sözünün mənası var.
Yol verin, ay adamlar,
Əlində hənası var.

Səmada şimşək çaxsın.
Göydən yerə nur axsın.
Qızlar, günel oxusun,
Aişə xına yaxsın.

Göy yaxasın sökübdür,
Duman dağa çökübdür.
Bacıya növbə çatmır.
Qaş-qabağın tökübdür.

Bu gəlin əsməridir,
Gözləri vəsməlidir.
Yarın adı gələndə,
Ürəyin əsməlidir.

Uca həsrət barısı,
Uçsun, qalsın yarısı.
Tanrıdan arzum budur,
Yar yarından yarısın.

Telini dara, tez gəl.
Başda buxara,tez gəl.
Ay bu elin igidi,
Qovuş gül yara, tez gəl.

Sevinc Arzulu
Kayıt Tarihi : 27.5.2019 15:13:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.
  • ........

    Cevap Yaz

TÜM YORUMLAR (1)

Sevinc Arzulu