Səni ürəyimin bir guşəsində,
Hamıdan gizlicə dəfn eyləmişəm.
Sındırdım könlünün nur şüşəşin də,
Ilahi, nə böyük səhv eyləmişəm.
Üzbəüz gələndə halı qarışan,
Gözləri yaşaran mən olmadımmı.
Acı ayrılıqla çətin barışan,
Telində bəmbəyaz dən olmadımmı?
Sevib qaranlığın hər cəhətini,
Işıqlı dünyaya can atmadımmı.
Əzizim, qoru sən öz səhhətini,
Sağalan yaranı qanatmadımmı?
Bir daha gözünün yaşını tökmə,
Məni ağrıdacaq ümidsizliyin.
Kimsənin önündə torpağa çökmə
Çəkilə bilməz ki heç mənsizliyin.
Kayıt Tarihi : 9.1.2020 08:23:00
Şiiri Değerlendir
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!