Halı üzgün, ağladım Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3774

ŞİİR


28

TAKİPÇİ

Halı üzgün, ağladım

Qəfildən xarı gördüm,
Elə bil marı gördüm.
Uzaqdan yarı gördüm,
Halı üzgün.Ağladım.

Baxçada qanqal əkmə,
Dibinəcə su tökmə.
Bu qədər əzab çəkmək,
Deyil düzgün.Ağladım.

Dağlarda çəni görməz,
Telimdə dəni görməz.
Qocalıb, məni görməz,
Gözlər süzgün. Ağladım.

Ah, necə özləyərdim,
Sinəmi közləyərdim.
Illərlə gözləyərdim,
Dözdün yüz gün.Ağladım.

Sormadın əhvalımı,
Tərs oxutdun valımı.
Qocaldım, gör halımı,
Yorğun, özgün.Ağladım.

Sevinc Arzulu
Kayıt Tarihi : 19.1.2022 06:24:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu