O bir xanım, sən bir ağa,
Buyurardız yaşıl bağa.
Məcnun tək üz tutdun dağa,
Hamar yolun dolay oldu.
Eşqi sayır heçə millət,
Ağ-qaranı seçə millət.
Görmüsən sən necə zillət,
Demə işim qolay oldu.
Al qırmızı işıq yandı,
Yar yarını nədən dandı.
Sevginiz dildə dastandı,
Bu ayrılıq olay oldu.
Dolunu yox, boşun çəkən,
Vüsaldımı xoşun çəkən.
Üstünüzə qoşun çəkən,
Xatirələr alay oldu.
Məhəbbətin qüdrətini,
Dünya boyda sərvətini.
Eh, bilmədin qiymətini,
Qızıl dönüb qalay oldu.
Gəzib dolaşdım elləri,
Meh daradı gur telləri.
Mən sevirdim lalələri,
Qızılgüllər halay oldu.
Kayıt Tarihi : 7.1.2023 11:20:00
Şiiri Değerlendir
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.




Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!