Tarixdən keçərək çoşub çağladın,
Olandan-keçəndən kitab bağladın,
Zəfər xəbərinə necə ağladın,
Fərəh göz yaşını sil, Habil müəllim.
Özünü yamanca öydü qos-qoşa,
Döydü qapımızı hey coşa-coşa.
Virusla qalsaq da bizlər baş-başa,
Qələbə gətirdi il, Habil müəllim.
Zəfər yürüşünə şahidlərik biz,
Neçə min olsa da şəhidlərimiz.
Qəlblərdə yaşayar igidlərimiz,
Dualar söyləyər dil, Habil müəllim.
Fars ilə erməni qaranlıq kölgə,
Bir gün birləşəcək ayrılan ölkə.
Biz də o günləri görərik bəlkə,
Araz axmaz daha lil, Habil müəllim.
Geriyə qaytarıb ötən zamanı,
Yerinə qoydunuz yaxşı-yamanı.
Tədqiqat etdiniz doğma Muğanı,
Yol gözlər Şirvanla Mil, Habil müəllim.
Ədalət duyular haqqın səsində,
Məğrurluq yaşayar təntənəsində.
Qocaman tarixin daş sinəsində,
Qovuşar Kür ilə Nil,Habil müəllim.
Ağsaqqal oldun sən cavan yaşında,
Kürdəmir TTİB-n durdun başında.
Vətən torpağının hər qarışında,
Izin var.Bunu bil Habil müəllim.
Kayıt Tarihi : 29.8.2021 09:14:00
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
![Sevinc Arzulu](https://www.antoloji.com/i/siir/2021/08/29/habil-muellim.jpg)
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!