Ha yazam Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3680

ŞİİR


27

TAKİPÇİ

Ha yazam

Günü-gündən pisləşsə də sağlığım,
Azalmaz ki ilahiyə bağlığım.
Ayrılıqda görünməz ki ağlığım,
Qaraların arasında bəyazam.

Günəş kimi gendən baxan atəşəm,
Püskürübən dağdan axan atəşəm.
Könülləri oda yaxan atəşəm,
Nə şaxtayam,nə sazaq,nə ayazam.

Hicran gedər ayrılığın köçündə,
Görüş,vüsal hərəsi bir biçimdə.
Qurumayan gur bulaq var içimdə,
Qurtarmaz ki könül duyğum,ha yazam.

Sevinc Arzulu
Kayıt Tarihi : 20.6.2018 07:16:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu