Həsrət, hicran doğulubdur bir gündə,
Dərd dilənir, əyin-başı bir gündə.
Nefti azsa. sönəcəkdir bir gün də,
Məhəbbətin çırağını ha yandır.
Süfrəmizə bol neməti düzdü düz,
Yalan ilə işi olmaz, düzdü düz.
Hansı yana baxsan elə düzdü, düz
Bu qatarın son durağı hayandır.
Payız ətri gəlir yenə, yazsa da
Qəm duyulmaz bu məclisdə, yassa da.
Hey haqqımda dedi-qodu yazsa da,
Şair könlüm qəribana hayandır.
Sevinc Arzulu
Kayıt Tarihi : 27.6.2018 15:05:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!