Günün biri Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3719

ŞİİR


28

TAKİPÇİ

Günün biri

Istiot, duz nifrətində,
Açılmaz buz nifrətində.
Sənin ucuz nifrətindən,
Yer yarılıb göy çökəsi.

Hicran ölü, vüsal diri,
Tənha qoymaz aslan şiri.
Qorxuram ki günün biri,
Yar bağrını xar sökəsi.

Gün doğacaq güzar üstə,
Yağış yağar ah-zar üstə.
Tək, qəriban məzar üstə,
Göz yaşını hey tökəsi.

Tənha aşiq post qurmayır,
Deməyincə tost.Vurmayır.
Bir-biriylə dost olmayır,
Nə vələsi, nə cökəsi.

Xeyirlə açılsın sabah,
Insanlar heç çəkməsin ah.
Adil olarsa padişah,
Nura qərq olar ölkəsi.

Sevinc Arzulu
Kayıt Tarihi : 8.1.2023 16:08:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu