Gizli-gizli baxırsan,
Yandırırsan,yaxırsan.
Qəlbim qədər yaxınsan,
Gəl ömrüm-günüm mənim.
Xəyal atın çapmısan,
Lal büstünü yapmısan.
De, rahatlıq tapmısan?
Qəmə sürgünüm mənim.
Demədim həsrəti seç,
Qaladığın oddan keç.
Inan ki,olmayıb heç,
Sənsiz bir günüm mənim.
Kayıt Tarihi : 29.6.2018 10:30:00
Şiiri Değerlendir
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!