Ömür yolu anındaca qırılan sap,
Bu dünyanın uzununa atını çap.
Söylədim ki.mənim üçün bir həyan tap,
Demədim ki sən üstümə günü gətir.
Göy qurşağı, əskik etmə naxışını,
Bulud, artır işıq dolu yağışını.
Ulu Tanrım, əsirgəmə baxışını
Toy-nişanlı, al xonçalı günü gətir.
Zülmət, səni sevməyirəm, gözümdən qaç,
Ay dan yeri, sökül, tezcə səhəri aç.
Al günəşim, istəyirəm parlaq nur saç,
Üşüyürəm, qızınmaqçun günü gətir.
Kayıt Tarihi : 28.6.2018 06:18:00
Şiiri Değerlendir
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!