Günəş artıq çıxıbdır,
Əllərimi sıxıbdır.
Qaranlığı yıxıbdır,
Daş kimi yatan, xeyir.
Günün-günortan xeyir.
Bəzənər xülyasında,
İşıqlı dünyasında.
Masmavi röyasında,
Süd gölə batan, xeyir.
Günün-günortan xeyir.
Güllərin çoxusunda,
Şirinlik qoxusunda.
Yatıb da yuxusunda,
Arzuya çatan, xeyir.
Günün-günortan xeyir.
Yarı tənha qoymayıb,
Söhbətindən doymayıb.
Şənliklərdə oynayıb,
Dərd-qəmi atan, xeyir.
Günün-günortan xeyir.
Tapıb mən tək incini,
Sakitini, dincini.
Sevib də Sevincini,
Fərəhə qatan xeyir.
Günün-günortan xeyir.
Kayıt Tarihi : 7.1.2023 18:50:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!