Günlə necə yarışım,
Işığıyla barışım.
Onun kim sarışın,
Günəşin butasıyam.
Vüsal yenə təkdimi,
Kölgəsini çəkdimi.
Unutmaram əhdimi,
Sözümü tutasıyam.
Oxunacaqsa şerin,
Uca olacaq yerin,
Mənim atımı verin,
Yalmana yatasıyam.
Şəfəq nurun ələrsə,
Hər tərəf zərrələrsə.
Dünyamız düzələrsə,
Kədəri atasıyam.
Ocaqda közündəki,
Şipşirin sözündəki,
Yarımın gözündəki,
Sevincə batasıyam.
Kayıt Tarihi : 13.4.2020 15:11:00
Şiiri Değerlendir
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!