Gündüz gözünde Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Gündüz gözünde

Axtarır şeytanı dəccal, tapmayır,
Özünə havayı əcəl tapmayır.
Fərəh sevinməyə macal tapmayır,
Dərdim gecələyir gündüz gözündə.

Titrək-titrək yanan şam pilənibdir,
Tək qalan ruh üçün can dilənibdir.
Yenə də dünyaya qan çilənibdir,
Lalələr açılıb dümdüz üzündə.

Pərişan könlümü yandırb yaxan,
Bir zaman sən idin damardan axan.
Olma yadlar kimi kənardan baxan,
Məzarım üstünə gül düz özün də.
11.03.2015

Sevinc Arzulu
Kayıt Tarihi : 8.6.2018 14:00:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu