Esmiranın rəfiqəsi,
Qapqaradır göz didəsi.
Oturub söhbət edəsi,
Hər bir sözü şirin Günay.
Insan ağlıyla tanınır,
Qədrin bil hər bir anını,
Xoşbəxt böyüt Sübhanını,
Odur sənin pirin, Günay.
Nemətləri süfrəyə düz,
Badələrə al şərab süz.
Çalış, həmişə üzdə üz,
Göy dəryalar dərin, Günay.
Qəlbə qüssə dolmayanda,
Qızılgüllər solmayanda.
Bircə dəfə olmayanda,
Tez görünür yerin,Günay.
Döndün ilham mələyinə,
Tez çat arzu, diləyinə..
Sənin gözəl ürəyinə,
Həsr olunub şerim, Günay.
Kayıt Tarihi : 25.2.2021 05:26:00
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
![Sevinc Arzulu](https://www.antoloji.com/i/siir/2021/02/25/gunaya.jpg)
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!