Neçə vaxtdır tanıyıram mən səni,
İsladamaz çiskin səni, çən səni.
Qocaltmaz ki telindəki dən səni,
Tanrı verib qoşa igid pay, Günay.
Günəş Günay,ulduz Günay, ay Günay.
Övladları qoruyan ağ çətirsən,
Qoxusundan doyulmayan ətirsən.
O gün olsun gözəl gəlin gətir sən,
Gülüşünü təbiətə yay, Günay.
Günəş Günay,ulduz Günay, ay Günay.
Səni çox istəyir qardaşın-bacın,
Olmasın ömründə bir ağrı-acın.
Düşməsin,əzizim, başının tacı,
Gözəllikdə kimsə olmaz tay, Günay.
Günəş Günay,ulduz Günay, ay Günay.
Kayıt Tarihi : 22.9.2025 05:35:00
Şiiri Değerlendir
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.




Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!