Günahım ne Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Günahım ne

Uçuq ev tək çökənmişəm,
Gözdən qan-yaş tökənmişəm.
Mən bitmişəm, tükənmişəm
Ana, mənim günahım nə.

Bu dünyanın işi zordu,
Dəli sevda məni sordu.
Taleyimin gözü kordu,
Ana, mənim günahım nə.

Aydın səmam duman oldu,
Ümidlərim güman oldu.
Dərd şilləsi yaman oldu,
Ana, mənim günahım nə.

Kədərimi çəpəri yox,
Ürəyimin təpəri yox.
Sənsizliyin səfəri yox,
Ana, mənim günahım nə.

Əlli ilə çatır yaşım,
Bəyazlaşıb artıq başım.
Çoxlarıyçun ağır daşım,
Ana, mənim günahım nə.

Sevinc Arzulu
Kayıt Tarihi : 28.6.2018 06:25:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu