Günahı boynuma. Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Günahı boynuma.

Hərdən ağladıb da qucmağı vardır,
Hərdən aldadıb da uçmağı vardır,
Hərdən anladıb da sancmağı vardır,
Günahı boynuma xatirələrin.

Hardasa nazənin gəlin ağlayır,
Kim olub eşqinə qənim, ağlayır.
Deyil ki görüşə əmin, ağlayır,
Alıbdır qoynuna xatirələri.

Elə soyudur ki içim qaynayır,
Gözümün önündə rənglər oynayır.
Neynəyim, kimsəni yaxın qoymayır,
Düşmüşəm oynuna xatirələrin.
26.04.2018

Sevinc Arzulu
Kayıt Tarihi : 4.5.2018 18:43:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu