Göydə rahat yatmayır,
Dərdi qəmə satmayır.
Mənə dişi batmayır,
Kölgəmə gün şığıyır.
Yolumuz kəsişmir ki,
Çəkişib bərkişmir ki.
Bircə damcı düşmür ki,
Bölgəmə gün işığı.
Bir quruca bəy olar,
Haqqında yüz rəy olar.
Yeri uca göy olar,
Düşməz ki gün aşağı.
Qırma muncuq sapımı,
Eşitmə hap-gapımı.
Nədən döyür qapımı,
Gilavar gün aşırı.
Əlimdə qara ələm,
Hüzuruna tək gələm.
Çoxdur mənim hövsələm,
Səbrimi gün daşırır.
Kayıt Tarihi : 20.6.2018 15:49:00
Şiiri Değerlendir
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!