Gün doğur Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Gün doğur

Ağlayıram.Ürəyimin başı qan,
Yer üzünün torpağı qan, daşı qan.
Nədən mənim gözlərimin yaşı qan,
Nədən sənin gözlərində gün doğur.

Qış çıxmamış deyirlər ki yaz gəlir,
Əda gəlir, işvə gəlir,naz gəlir.
Dostum, baxma asta gəlir, az gəlir,
Kainatın nəfəsini ün boğur.

Səs eşitcək diksinərək karıxma,
Ötənlərçün ağlayaraq darıxma.
Xatirəni özbaşına buraxma,,
Sabahınla keçmişindən dün yoğur.

Sevinc Arzulu
Kayıt Tarihi : 13.12.2021 10:57:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu