Gümanı qaıdı Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Gümanı qaıdı


Yalançı duyğudan şəklənim bəlkə,
Tək-tənha qalaraq təklənim bəlkə.
Şirin həqiqətə köklənim bəlkə,
Geriyə dönüşün gümanı qaldı.

Hicranı boşadım çölün düzündə,
Kədərlə qoşadım lal gündüzündə.
Sevdasız yaşadım bu yer üzündə
Amansız həsrətin dumanı qaldı.

Fələk qara tapdı bəyaz boyamda,
Bu şirin sevdadan necə doyam da.
Getdin.Gedişindən sonra röyamda,
Məndən tək təsəlli umanım qaldı.

Könül nə müddətdir fikrə dalıbdır,
Fələk əzizimi məndən çalıbdır,
Elə bil neçə il susuz qalıbdır,
Qəvvas tək dəryaya cumanım qaldı.

Tanrım, xeyirxahlıq təməli vardır.
Yaxşılıq sayılan əməli vardır.
Birbaşa cənnətə nəməri vardır.
Gözünü əbədi yumanım qaldı.

Sevinc Arzulu
Kayıt Tarihi : 3.5.2021 14:30:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu