Gülzarı könlümün Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Gülzarı könlümün

Dərd çəkməyə taqət,amanı yoxdur,
Sevginin yaxşısı ,yamanı yoxdur.
Daha gizlətməyin zamanı yoxdur,
Var həsrət tək bir azarı könlümün.

Tənhalıqda yad eyləyər dənizi,
Qəm-kədərdən solub gözəl bənizi.
Yoxdur ona qurban olan kənizi,
Bağlanıbdır qul bazarı könlümün.

Yeraltı çaylar tək çağlayar gizlin,
Açıq qapıları bağlayar gizlin.
Tökər göz yaşların,ağlayar gizlin,
Eşidilməz ahu-zarı könlümün.

Tükətdilər əsəbimi,səbrimi
Artırıban çox etdilər cəbrimi.
Gözdən uzaq qazın mənim qəbrimi,
Dost qəlbində var məzarı könlümün.

Son günlərin keçiribdir həsrətdə,
Ömrü axıb daim dərddə,möhnətdə.
Qala bilmir daha uzaq qürbətdə,
Düşüb Şirvana güzarı könlümün.

Bağ əkdi,bağında sürmədi səfa,
Yar yolunda çəkdi daima cəfa.
Görmədi kimsədən e`tibar,vəfa,
Çəkilməzdir intizarı könlümün.

Pəncərədən seyr edərək yağışı,
Qulağına gələr ata alqışı.
Sevincəm,tez düşdü ömrün sərt qışı,
Solub gözəl al gülzarı könlümün.

Sevinc Arzulu
Kayıt Tarihi : 11.6.2018 10:33:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu