Vüsalının açıq qalıb qapısı,
Nə gələn var, nə də gedən deyəsən.
Acı günlər gördü ulduz sanısı,
Yaşayarmı ruhsuz bədən, görəsən.
Ipək kimi saçlarını oxşardım,
Kövrələrdim baxanda ay üzünə.
Aramızı vurmağı tez başardın,
Ay ayrılıq,kaş ipin tez üzülə...
Mən varamsa yaşayacaq, deyirdim
Bacarmadım.Küsüb getdi əbədi.
Başmağını ayağıma geyirdim,
Bilinmədi gedişinin səbəbi.
Bu gedişə təkcə mənəm günahkar,
Yollarımı boran bağlar, qar bağlar.
Gözlər görməz, dil danışmaz, qulaq kar,
Gecə-gündüz susmaz ürək, qan ağlar.
Biz vüsalın əllərindən tutaq bərk,
Uzaqlara çıxıb getsin.Qoymayaq.
Sevinc ilə döyünsün sevən ürək,
Gülüşündən, baxışından doymayaq.
18.04.2019
Kayıt Tarihi : 19.4.2019 06:39:00
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
![Sevinc Arzulu](https://www.antoloji.com/i/siir/2019/04/19/gulusundn-doymayaq.jpg)
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!