Qumdan evcik yaparam ki?
Bataqlıqda çaparam ki?
Bir də hardan taparam ki,
Itirdiyim baxışları.
Görünmədim ki gözünə,
Su tökmədim ki közünə.
Fələk çəkdi tez özünə,
Bitirdiyim naxışları.
Həsrət qəmdən inləyəcək,
Dərdlə birgə çinləyəcək.
Indi hamı dinləyəcək,
Götürdüyüm alqışları.
Çətin məni dost biləcək
Düşmən üzümə güləcək.
Bilirəm, Tanrı siləcək
Ötürdüyüm qarğışları.
Gecələri al səhər et,
Solmuş bağı bar-bəhər et.
Nolar,Tanrım, yaz-bahar et,
Fələk verən qar qışları.
Heç olmasın yaram-ağrım,
Yarılmasım qara bağrım.
Azad olsun Qarabağım,
Yağsın gülüş yağışları
13.06.2019.
Sevinc Arzulu
Kayıt Tarihi : 13.6.2019 11:16:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!