Kölgəsində durduğumuz vələssə,
Hicran mənim görüşümə tələssə,
Bircə gün həsrətin küləyi əssə,
Vüsal baxçasında gülü soldurar.
Dilənçi dünyaya səfir gedərsən,
Işi yox avara,səfil gedərsən.
Günlərin birində qəfil gedərsən,
De, sənin yerini kimlər doldurar?
Danışıb görüşməkdeyil ki adət,
Üz-üzə gələrik bir gün nəhayət.
Sənin heç vecinə olmayan halət,
Mənim təzyiqimi birdən qaldırar.
13.06.2019
Kayıt Tarihi : 18.6.2019 19:07:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!