Susub oturmusan şəhərə kimi,
Uzun bir yol getdin qəhərə kimi.
Deyən yatmamısan səhərə kimi,
Yanmış siqar ilə dolu külqabın.
Bulağın gözündən soyuq su içib,
Payız təkcə məni dost-həmdəm seçib.
Sonuncu görüşdən nə qədər keçib,
Solğun çiçəkləri qucub gülqabı.
Kaş vüsalın gözün həsrət oymasın,
Həsrət ilə davasından doymasın.
Tale səni çətinlikdə qoymasın,
Para ilə dolsun daim pulqabın.
Kayıt Tarihi : 5.12.2021 18:04:00
Şiiri Değerlendir
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!