Əzrail oynayar qəm daşlarıyla,
Insansa fəxr edər lə`l qaşlarıyla.
Bilirəm əzizim,göz yaşlatıyla,
Mən səni qaytara bilməyəcəyəm.
Bu fani dünyada dərd hər zaman var,
Fələk dost yanında etdi məni xar.
Qəbrimi döysə də yağış,külək,qar
Adını ürəkdən silməyəcəyəm.
Sən məni bir axtar,ara təbəssüm,
Görəsən yox oldun hara təbəssüm.
Üzümdə görünər qara təbəssüm,
Ürəkdən danışıb gülməyəcəyəm.
Sevinc Arzulu
Kayıt Tarihi : 14.6.2018 19:43:00
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
![Sevinc Arzulu](https://www.antoloji.com/i/siir/2018/06/14/gulmeyeceyem.jpg)
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!