Zalımın zülmündən ağır nə var ki,
Onu fələk belə qaldıra bilmir.
Sevdalı gülümdən fağır nə var ki,
Qara gün onu da soldura bilmir?
Qoruya-qoruya gəzərəm onu,
Üstünə şeh belə düşsün, qoymaram.
Ilıq nəfəsimlə bəzərəm onu,
Şipşirin ətrindən inan,doymaram.
Şimşək ürəyimi parçalayarsa,
Gülümü düzərsən, bitişəcəkdir.
Fələk göydən yerə qəm calayarsa,
Güllərim hayıma yetişəcəkdir.
27.01.2019
Kayıt Tarihi : 28.1.2019 08:27:00
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
![Sevinc Arzulu](https://www.antoloji.com/i/siir/2019/01/28/gullerim-11.jpg)
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!