Əldə tutar qavalını,
Tərsə qoyub eşq valını.
Yarın hali-əhvalını,
Dənizdən soruşan güllər.
Tutulmaz ki “Qu” səsindən,
Ya dənizin nərəsindən.
Ayrılığın zərbəsindən,
Astaca sovuşan güllər.
Ağlayaram için-için,
Demə niyə, demə neyçün,
Darıxar ləpələr üçün,
Dənizə qovuşan güllər.
Kayıt Tarihi : 22.5.2020 07:59:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!