Güle-güle gederem Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Güle-güle gederem

Eyni sevir məlakə də, kəniz də.
Ayrılıqdan saralar ağ bəniz də,
Həsrətindən batsam əgər dənizdə,
Üz-gözümü silə-silə gedərəm.

Ürəyimə od qoymusan qəminlə,
Tes tökülən, biçilməmiş zəminlə.
Bilsəm əgər qovuşacam səninlə,
Mən ölümə bilə-bilə gedərəm.

Ilahi nur göydən hələ yağırsa,
Təbəssümü göz yaşından ağırsa.
Tanrı məni öz yanına çağırsa,
Deyə-deyə, gülə-gülə gedərəm.

Sevinc Arzulu
Kayıt Tarihi : 20.12.2020 15:59:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu