Dayanıb dünyanın zülmət yerində,
Işıqsız gündüzə nur çiləmişəm.
Zamanın sirr dolu hikmət yerində,
Şeirə kəlamı gur çiləmişəm.
Dünyanın qaranlıq bir guşəsində,
Üz-üzə dayanıb kölgəmiz bizim.
Səni necə tapım yad meşəsində,
Neçə yol dəyişib bölgəmiz bizim.
Intiqam odunda əriyən həsrət,
Sonunda qapqara kül də olmayır
Vüsalın üstünə yeriyən həsrət.
Səhrada yetişən gül də olmayır.
Kayıt Tarihi : 22.5.2020 08:01:00
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
![Sevinc Arzulu](https://www.antoloji.com/i/siir/2020/05/22/gul-de-olmayir.jpg)
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!